İdman 

Bakıda rekord təkrarlandı

UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda təşkil olunan final oyununda “Çelsi” və “Arsenal” komandalarının start heyətində 15 ölkədən futbolçular yer alıb.

ARANTV.AZ  publika.az-a istinadən xəbər verir ki, komandalar bu göstərici ilə avrokuboklarda mövcud rekordu yeniləyiblər.

İndiyədək belə göstərici 2010-cu ildə UEFA Avropa Liqasının finalında “Atletiko” və “Fulhem” komandalarının görüşündə, həmçinin yeddi il sonra “Ayaks”-“Mançester Yunayted” matçında qeydə alınıb.

Qeyd edək ki, Bakıda təşkil olunan görüşdə “Çelsi” komandası “Arsenal”ı 4:1 hesabı ilə məğlub edərək UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün qalibi olub.

Daha çox xəbərlər