Hadisə 

Xaçmazda 56 yaşlı qadın intihar edib

Xaçmaz rayonunun Hacıqurbanoba kəndində intihar hadisəsi baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, 1967-cı il təvəllüdlü Şamama Qərib qızı Heybətova yaşadığı evdə özünə qəsd edib.

Hadisənin səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər