Göygöldə piyadanın vurulması ilə nəticələn ağır yol qəzası baş verib.
Hadisə rayonun mərkəzində qeydə alınıb. Rayon sakini 6 yaşlı Həsən Nəsibov anası ilə yolu keçmək istəyərkən onu maşın vurub.
Dərhal xəstəxanaya yerləşdirilən azyaşlının vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır. (ONA)
