Bakı metrosunda intihar – Özünü qatarın altına atdı
Metronun “28 May” stansiyasında intihar hadisəsi baş verib.
ARANTV.AZ azxeber-ə istinadən xəbər verir ki, qatarın gəlişini gözləyən şəxsiyyəti məlum olmayan şəxs özünü relslərin üzərinə atıb. Məlumata görə, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

