Hansı “quş südü” şirniyyatlarını yemək təhlükəsizdir?
“Roskontrol” Ümumrusiya İstehlakçılar İttifaqının Ekspertiza mərkəzi “quş südü” brendi altında satılan şirniyyatların keyfiyyət təhlilini aparıb.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, laborator müayinələrə “”Ptiçye moloko”, “Volkskaya ptiçka”, “Kommuraka”, “Şarlz” və “Ptiçi skazki” şirniyyatları cəlb edilib.
Bir vaxtlar keçmiş SSRİ-də məşhur olan bu brendin hazırda klassik reseptlə hazırlanmasına nəzarət olunur. Təhlil olunan “Volkskaya ptiçka”, “Kommuraka”, “Şarliz” və “Ptiçi skazki” şirniyyatlarda şokalad qlazurunun əvəzinə konditer qlazurundan istifadə olunduğu məlum olub. Digər nümunələrdə isə kakaonun həddindən artıq olduğu bidirilir.
Bəzi şirniyyatlarda isə palma yağından istifadə olunduğu aşkar olunub.
Eləcə də, “Ptisa divnaya”, “Şarlz” və “Ptiçi skazki” şirniyyatlarının həddən artıq yağlı olduğu bildirilib.
Beləliklə, adları çəkilən şirniyyatların heç biri tam keyfiyyətli hesab edlməyib.

