Ziyad Səmədzadə: İri müəssisələrin bağlanmasının səbəbləri araşdırılmalıdır
İri müəssisələrin bağlanmasının səbəbləri araşdırılmalıdır.
ARANTV.AZ-ın xəbərinə görə, bunu mayın 31-də Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.
Z.Səmədzadə deyib ki, bağlanılan müəssisələrin monitorinqi aparılmalıdır:
“Çalışmaq lazımdır ki, bağlanılan müəssisələrin sayı minimuma endirilsin. Çünki bunlar iş yerlərinin itirilməsi deməkdir. Odur ki, hökumət üzvləri, müvafiq qurumlar bu məsələyə ciddi diqqət yetirməlidirlər”.
Qeyd edək ki, iclasda yalnız bir məsələ – 2018-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi müzakirə olunur.oxu.az

