Cəmiyyət 

Vəkillər Kollegiyasının sədri: “Dövlət hesabına ödənilən hüquqi yardım 3 dəfə artırılıb”

Vəkillər Kollegiyasının müasir tələblərə cavab verən binası var. Kollegiya bir çox iş görüb.

ARANTV.AZ  trend-ə istinadən xəbər verir ki, bunu “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” adlı konfransda Vəkillər Kollegiyasının sədri Anar Bağırov  deyib.

O bildirib ki, Vəkillər Kollegiyasının işlərinə ən böyük töhfəni Prezident İlham Əliyev verib: “Kollegiyanın Rəyasət Heyəti işə başlayanda ictimaiyyətə bildirdik ki, vəkilliyi inkişaf etdirəcəyik. Dərhal da cənab Prezident səsimizi eşitdi. Vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzaladı. Dövlət hesabına ödənilən hüquqi yardım 3 dəfə artırıldı”.

A.Bağırovun sözlərinə görə, bu, vəkilliyə olan bir avansdır:

“Artıq Sumqayıt Regional Vəkil bürosu artıq fəaliyyət göstərir. Həmin büro bizə dövlət tərəfindən müddətsiz ayrılıb, oranın təmiri də dövlət hesabına həyata keçirilib. Vəkillər buna vəsait sərf etməyib. Şirvanda, Şəkidə də büroların binalarının təmiri aparılır”.

Daha çox xəbərlər