Ramilə Əliyeva: “Etnik məsələni qabardan erməni destruktiv qruplar öz niyyətlərinə çatmayacaqlar”
“Ermənistan indi də Gürcüstanda etnik məsələni qabardır. Belə ki, “Armenian community of Gergia” adlı qrup bu məqsədlə Gürcüstanda kampaniya da başladıb”.
Bu barədə “Report”a Gürcüstanın Birinci Kanalında “Rəngarəng Gürcüstan” bölməsinin rəhbəri Ramilia Əliyeva bildirib.
R.Aliyeva deyib ki, həmin qrup onun bölmə rəhbəri olmasını pisləyir, TV rəhbərliyini qınayır və aksiya təşkil edirlər. Həmçinin müxtəlif şüarlar səsləndirib, təxribatla məşğul olurlar.
Onun sözlərinə görə, kampaniyanın əsas məqsədi Gürcüstanda etnik azərbaycanlı və etnik ermənilər arasında nifaq salınmasıdır:
“Biz dini mənsubiyyətimizdən asılı olmayaraq bərabərhüquqluyuq. Bu, istər beynəlxalq hüquq, istərsə də Gürcüstan konstitusiyasına ziddir. Kampaniya uzun müddətdir ki, başlayıb. Buna baxmayaraq, olduğum mövqedən asılı olmayaraq mən öz işimi görürəm. Bu məsələ ilə bağlı bir neçə dəfə aksiyalar da keçirildi, yazılar da yazıldı. Sadəcə iftiralar və təhdidlər iş yoldaşlarıma da başlayıb. Gürcüstan vətəndaşı olaraq öz mövqeyimi bildirmək istəyirəm ki, gələcəkdə də kimsə etnik mənşəyinə görə çətinlik və təzyiqlə qarşılaşmasın”.
R.Əliyeva, həmçinin qeyd edib ki, 2017-ci ildə Gürcüstanın İctimai Televiziyasında milli azlıqlar adlı bir qrup yaradılıb:
“Bu qrupu yaratmaqla biz sübut edirik ki, sülh istəyirik və Gürcüstan vətəndaşları olaraq bir mühitdə işləməyi bacarırıq. Bütün təzyiqlərə baxmayaraq, biz bunu bacardıq və bu layihə 7 ildir fəaliyyət göstərir. Təbii ki, bu işimiz kimlərinsə xoşuna gəlmir. Kimlərsə aramızda olan bu işguzar münasibətləri pozmaq istəyir. İşimizi davam edirik və düşünürəm ki, bu cür destruktiv qruplar öz niyyətlərinə çatmayacaqlar”.
Bölmə rəhbəri onu da əlavə edib ki, hansısa təşkilat və qrup etnik azlıq olmağımıza görə vəzifə tutacağımıza mane ola bilməzlər və qərar verə bilməzlər.