Hadisə 

Kürdəmirdə maşın velosipedçini vurub, aşdı – Ölən və yaralananlar var

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ-ın xəbərinə görə, hadisə rayonun Garıs Əyribənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, “AzSamand” markalı minik avtomobili velosipedlə qarşısına çıxan həmin kəndin sakini, 1982-ci il təvəllüdlü Ramil Mirələm oğlu Nadirovu vuraraq öldürüb, daha sonra isə idarəetməni itirərərək yoldan çıxaraq aşıb.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəsarət alanlar rayonun Garis Əyribənd kənd sakinləri – 1971-ci il təvəllüdlü, sücücü Sahib Bahadur oğlu Mirzəyev, 1975-ci il təvəllüdlü Eldəniz Ağayar oğlu Ağayarov və 2005-ci il təvəllüdlü Fatimə Sahib qızı Mirzəyevadır. Onların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər