Bayram namazı məscidlərdə nə vaxt qılınacaq?
Xəbər verdiyimiz kimi, mayın 4-ünün Mübarək Ramazan ayının son günü olma ehtimalı olduqca yüksəkdir. Bu isə o deməkdir ki, mayın 5-də Azərbaycan məscidlərində bayram namazı qılınacaq.
İslam.Az Bakının bəzi məscidləri əlaqə saxlayaraq Fitr bayramı namazının başlama vaxtına aydınlıq gətirib. Məşədi Dadaş, Qasımbəyli, Bakıxanov qəsəbəsi İmam Rza (ə) məscidi və Günəşlidəki Fatimeyi Zəhra məscidindən bildirdilər ki, mayın 4-ü axşamı Ayın görünəcəyi təqdirdə bayram namazı sözügedən ibadət ocaqlarında saat 9-da qılınacaq.
