Hadisə 

Biri 19, digəri 82 yaşında… – Bir gündə iki intihar

Azərbaycanda bir gündə iki nəfər intihar edib.

ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, özünü öldürənlər fərqli rayonlarda yaşayan və müxtəlif yaş qrupunda olan şəxslərdir.

Belə ki, Samux rayonunda 19 yaşlı qız canına qıyıb. Rayonun Qarabağlar kənd sakini, 2000-ci il təvəllüdlü Bəsti Aslanova yaşadığı evin həyətində özünü asaraq intihar edib.

Digər hadisə isə Saatlı rayonunda baş verib. Qaralar kəndində yaşayan, 82 yaşlı Əbdülhəsən Bəyəliyev qardaşına məxsus evdə özünü asıb. Həmin evdə yaşayış olmayıb.

Hər iki faktla bağlı araşdırma aparılır, onların özünü öldürmə səbəbinin müəyyən olunması üçün istintaq davam etdirilir.

Daha çox xəbərlər