Siyasət 

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin işçilərinin say həddi artırılıb

Prezident İlham Əliyev “Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi barədə”, “Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” “Energetika Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanlarında dəyişiklik edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Energetika Nazirliyinin işçilərinin say həddi 200-dən 220-ə, o cümlədən Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi üzrə 40-dan 60-a çatdırılıb.

Daha çox xəbərlər