Kriminal 

Ağdaşda DƏHŞƏT: Anasını bıçaqlayan gənc saxlanıldı – YENİLƏNİB

Ağdaş rayonunda anasını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

09:24

Ağdaşda 17 yaşlı oğlan anasını bıçaqlayıb.

APA xəbər verir ki, 2006-cı il təvəllüdlü Kamran Heybətli ailə münaqişəsi zəminində anası, 1981-ci il təvəllüdlü Sevil Heybətovanı bıçaqlayıb.

Daha sonra 17 yaşlı oğlan bıçaqladığı anasını xəstəxanaya çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər