Hadisə 

Sankt-Peterburqda azərbaycanlıların toy məclisinə silahlı müdaxilə: Saxlanılanlar var – VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən restoranların birində baş tutan azərbaycanlıların toy mərasimi hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat səbəbindən qəfil yarımçıq kəsilib.

Bununla bağlı videogörüntülər “Telegram” kanallarında paylaşılıb.

Mərasimin keçirildiyi məkana gələn hüquq-mühafizə orqanları əməkdaşları toyda iştirak edən bütün vətəndaşların sənədlərini yoxlayıblar.

Yoxlama nəticəsində beş nəfərin saxlandığı bildirilir.

İlkin məlumata görə, saxlanılan şəxslərin deportasiya olunacaqları gözlənilir.

Daha çox xəbərlər