Bu insanlara verilən müavinətlərin məbləği artırıldı
“İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləğinin müəyyən edilməsi barədə” 2006-cı il 17 iyun tarixli qərara dəyişiklik edilib.
ARANTV.AZ-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərarla insan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə 400 manat məbləğində müavinət 700 manata qədər artırılıb.publika.az

