Cəmiyyət 

Uşağı 5 gündür komada olan ata – “Ümid yoxdur”

“Başından travma alıb, beyninə qan sızıb”

Ağacdan yıxılan 11 yaşlı Sənanın səhhətində heç bir irəlləyiş yoxdur.

Bunu AzNews.az-a açıqlamasında 5 gündür ki, ağaçdan yıxılan uşağın atası Elman Əliyev deyib.

O, övladının yaşayıb-yaşamamağı ilə bağlı həkimlərin ümid vermədiyini bildirib:

“Sənan başından travma alıb, beyninə qan sızıb. Ağacın hündürlüyü təxminən 4 metr olub. Uşaq hazırda 3 saylı Sabunçu xəstəxanasında reanimasiyadadır. Həkimlər deyir ki, ümid yoxdur”.

Daha çox xəbərlər