Azərbaycanda şagirdlər arasında hepatit A virusu YAYILDI – NAZİRLİKDƏN AÇIQLAMA + YENİLƏNİB
Səhiyyə Nazirliyi Mingəçevirdə məktəblilər arasında hepatit A virusuna yoluxma faktının aşkarlanması barədə açıqlama verib.
Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzində daxil olan bildirişə əsasən araşdırma aparılıb:
“Kür çayından götürülən su nümunələrində hepatit A virusu aşkar edilməyib”.
17:10
Mingəçevirdə məktəblilər arasında hepatit A virusuna yoluxma aşkarlanıb.
“Unikal”ın məlumatına görə, son bir həftə ərzində şəhərin əsasən “Tərəvəzçilik” yaşayış massivi ərazisində yerləşən Bahar küçəsində təsdiqlənmiş hepatit A diaqnozu ilə beş xəstə barəsində Mərkəzi Şəhər Xəstəxanasından Gigiyena və Epidemiologiya Mərkəzinə təcili bildiriş vərəqəsi daxil olub.
Onlardan dördü qız, biri isə oğlan uşağıdır və 6, 7, 9 və 11-ci sinif şagirdləridir.

