Quba, Qusar və Naxçıvanda dağlıq ərazilərə qar yağıb – YENİLƏNİB + FOTO/VİDEO
Naxçıvanda Muxtar Respublikasının dağlıq ərazilərinə qar yağıb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, dünən axşamdan başlayaraq daha çox Şahbuz rayonunun Batabat yaylağına qar düşüb.
12:54
Azərbaycanın şimal bölgəsinə qar yağıb.
APA-nın şimal bürosu xəbər verir ki, bu gün səhər saatlarından Quba və Qusar rayonlarına qar yağmağa başlayıb.
Hazırda Xınalıq, Qrız, Laza və digər yüksək dağlıq ərazilərdə qar yağması müşahidə olunur.
Bölgənin digər yaşayış məntəqələrində isə yağış və sulu qar yağır.

