“AzTV-nin əməkdaşı mədəkiçiltmə əməliyyatdan bir gün sonra vəfat edib” – YENİLƏNİB + FOTO
Azərbaycan Televiziyasının (AzTV) vəfat edən əməkdaşı mədəkiçiltmə əməliyyatı etdiribmiş.
Bununla bağlı Oxu.Az-a AzTV-nin mətbuat katibi Rüfət Seyidov məlumat verib.
O qeyd edib ki, telekanalda sürücü işləyən 24 yaşlı Vüqar Rəsulov vəfatından cəmi bir gün öncə mədəkiçiltmə əməliyyatı etdirib.
Qeyd edək ki, mərhum bu gün Şəkidə dəfn ediləcək.
09:44
Azərbaycan Televiziyasının (AzTV) əməkdaşı Vüqar Rəsulov 24 yaşında vəfat edib.
Bu barədə onun yaxınları sosial şəbəkə hesablarında paylaşım ediblər.
Mərhumun mədəkiçiltmə əməliyyatından iki gün sonra dünyasını dəyişdiyi bildirilib.
Qeyd edək ki, V.Rəsulov AzTV-də sürücü vəzifəsində çalışırdı.

