Dünya 

Gürcüstanda turistləri aparan avtomobil dərəyə yuvarlandı: ölən və yaralanan var

Gürcüstanın Tuşeti bölgəsində turistləri aparan avtomobil dərəyə yuvarlanıb.

ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı bir nəfər həlak olub.

Daha 1 nəfərin isə xəsarət aldığı deyilir. Avtomobildə nə qədər turistin olduğu və turistlərin milliyəti barədə hələlik məlumat verilməyib.

Qəza yerində təcili yardım briqadaları və xilasedicilər işləyir.

Daha çox xəbərlər