Cəmiyyət 

Rusiyada keçirilən sorğuda Azərbaycanla bağlı maraqlı nəticə

Daha çox Rusiya vətəndaşı Azərbaycanı öz ölkələrinin yaxın dostu hesab etməyə başlayıb. 

ARANTV.AZ  qafqazinfo-ya istinadən xəbər verir ki, “Levada” mərkəzi tərəfindən keçirilmiş sorğunun nəticələri bu qənaətə gəlməyə əsas verir.

Belə ki, ölkəmizi Rusiyanın yaxın dostları siyahısına daxil edən respondentlərin sayı 16%-ə çatıb. Bu, ötən illə müqayisədə 2 dəfə çoxdur.

Sözügedən siyahıda birinci yerdə Belarus qərarlaşıb (62%). Belarusdan sonra Moskvanın dostları siyahısında ikinci yerdə 42% səslə Çin yer alıb.

Daha çox xəbərlər