Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb – FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

O bu barədə öz “X” hesabında paylaşım edib.

Bildirilib ki, Birləşmiş Krallığa səfər çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterink  ilə görüş zamanı ikitərəfli əməkdaşlığın perspektiv prioritetləri, bərpa olunan enerji, özəl sektorun dəstəklənməsi və informasiya texnologiyaları ekosisteminin təkmilləşdirilməsi sahəsində birgə fəaliyyətin genişləndirilməsi imkanlarını nəzərdən keçirilib.