Gündəm 

Bu seçkilərdə həlledici sözü boykot taktikası yox, müdrik xalqımız deyəcək

Azərbaycan xalqı ona qələbə sevinci bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə
səs verəcək Radikal müxalifət partiyaları 2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək
növbədənkənar prezident seçkisində iştirakdan imtina ediblər. Ölkəmizin bütün ərazilərini əhatə edəcək və şərti olaraq Zəfər Seçkisi adlandırılan  prezidentlik uğurunda mübarizəyə qoşulmayan  siyasi qüvvələr bununla bir daha antimilli  mahiyyətlırini təsdiq etmiş oldular. Müxalifətin çoxillik siyasi oyunbazlığı yenə də davam edir və çıxış yolunu boykotda görürlər. Onlar Azərbaycanın ərazi bütövlüyünü təmin etmiş,30 illik işğala son qoymuş, üçrəngli bayrağımızı Xankəndidə ucaldaraq cəmiyyətin birmənalı dəstəyini qazanmış İlham Əliyev kimi güclü siyasi rəqibə qalib gəlməyin mümkünsüzlüyünü yaxşı anlayırlar. Qarşıdakı seçki prosesinin  demokratikliyinə kölgə salmağı özləri üçün ən optimal yol hesab edirlər. Əslində bu Azərbaycanın erməni separatizminə son qoymasını həzm etməyən, qəbullanmayan
Fransa kimi bəzi qlobal güclərin, Avropa İttifaqı kimi ermənipərəst siyasi mərkəzlərin
dəyirmanına su tökməkdir. Lakin dövlətimizin sanksiyalara məruz qalacağı faktı radikal
müxalifəti və onun liderlərini əsla narahat eləmir. Birincisi, destruktiv müxalifətin sağlam
rəqabətin əvəzinə təxribatları seçməsi və seçkiləri qərəzli şəkildə boykot etməsi onların
xarici qüvvələrə xidmət etmələrinin təzahürüdür. Seçkiləri boykot etmək açıq-aşkar
siyasi təxribatdır və bu təxribatı onlara hazırda Azərbaycana qarşı çirkin qaralama kampaniyası  aparan, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsini qəbul etmək istəməyən və Azərbaycanı sanksiyalar vasitəsilə beynəlxalq təcrid vəziyyətinə salmaq istəyən bəlli xarici güclər tapşırıb.Prezident cənab İlham Əliyevin adı Azərbaycanın son 200 illik tarixinə qalib sərkərdə, işğal edilmiş torpaqları azad edib bütöv Azərbaycan yaradan dövlət başçısı kimi yazıldı. Ölkə başçımız 30 il işğal altında qalan torpaqlarımızı 2020-ci ildə 44 günə azad etdi, 2023-cü ildə isə ölkəmizin ərazi bütövlüyünü vəsuverenliyini bərpa etdi. Bu qələbə regionda sülhün, əmin-amanlığın bərqərar olmasına xidmət etməklə yanaşı bölgədə, eləcə də ölkəmizdə yeni reallıqlar yaratdı. 7 fevral 2024-cü il tarixdə ölkəmizdə keçiriləcək
növbədənkənar Prezident seçkiləri tarixdə Zəfər seçkiləri kimi qalacaq. 2003-cü ildə ilk dəfə
Prezident seçilən cənab İlham Əliyev xalqımıza torpaqlarımızı işğaldan azad edib, ölkəmizin
ərazi bütövlüyü və suverenliyini bərpa edəcəyi barədə vəd vermişdir. Prezidentimiz xalqa
verdiyi sözə, vədə əməl etdi. Bu gün müqəddəs Azərbaycan bayrağı Xankəndində, Şuşada,
Xocalıda, eləcə də ölkəmizin bütün rayonlarında qürurla dalğalanır.Ölkəmizin düşmənləri Prezident İlham Əliyevin tarixi uğurlarının və Ordumuzun şanlı Zəfərinin nəticələrini sosial-iqtisadi böhranlarla əvəz etməyi planlaşdırırlar və bunu radikal müxalifətin əli ilə həyata keçirməyə çalışırlar.Şübhəsiz ki, onların bu hiylələri, təxribatları uğursuzluğa məhkumdur.
Azərbaycanın tarixi qələbələrinin sonrakı taleyini müəyyən edəcək bu seçkilərdə həlledici
sözü boykot taktikası yox, müdrik xalqımız deyəcək, ona Qələbə sevincini yaşadan Ali Baş
Komandanına, təcrübəli siyasi Liderinə – İlham Əliyevə səs verəcək. Fevralın 7-si ən yeni siyasi
tariximizə radikal müxalifətin siyasi iflas günü kimi həkk olunacaq.
Təhmasib Rüstəmov
YAP Qubadlı Rayon Təşkilatının sədri

Daha çox xəbərlər