Hava 

Bəzi regionlarda küləyin sürəti saniyədə 28 metrədək güclənəcək – XƏBƏRDARLIQ + YENİLƏNİB/VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava şəraiti haqqında məlumat yayıb.

Xidmətdən bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 26-da gecə və səhər, 27-də günün ikinci yarısında cənub-qərb küləyinin 15-18 metr/saniyə, arabir 20 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 25-i axşamdan 28-i gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin 15-20 metr/saniyə, ayrı-ayrı yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

10:08

Dekabrın 25-də saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib, əksər rayonlarda arabir yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dekabrın 24-də müşahidə olunan güclü külək 25-də səhər saatlarından 8-13 m/s-dək mülayimləşib.

Qar örtüyünün hündürlüyü Daşkəsən, Şahdağda 13 sm, Göygöldə 12 sm, Qrızda 11 sm, Ordubad 10 sm, Gədəbəydə 6 sm, Şahbuz, Qubada 3 sm, Qusarda 2 sm, Altıağac, Xaltan, Şəkidə 1 sm olub.

Düşən yağıntının miqdarı Qusarda 17 mm, Göygöldə 15 mm, Daşkəsəndə 10 mm, Şahdağ, Qrız, Naxçıvan, Ordubad, Culfa, Şahbuz, Şəmkir, Gədəbəy, Zaqatala, Şəki, Şabran, Xınalıq, Xaltan, Altıağac, Balakən, Ağdam, Naftalan, Gəncə, Qax, Şərur, Xaçmaz, Yevlax, Neftçalada 7 mm, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Daşkəsən, Göygöl, Qrız, Lerik, Göyçayda duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5-7 dərəcə isti, Naxçıvan MR-da 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Aran rayonlarında 3-6 dərəcə isti, dağlıq rayonlarda 8-14 dərəcə şaxta olub.

 

Daha çox xəbərlər