Cəmiyyət 

Yeni ildə kommunal borclar silinə bilər? – CAVAB

Son günlər hökumətin bir neçə il əvvəl əhalinin kommunal xidmətlərə görə, borcların silinməsi barədə çoxsaylı fikirlər dolaşmaqdadır. Hökumətin yeni ildə əhalinin sosial müdafiəsi istiqamətində addım ataraq borcların silinməsinə dair qərar verəcəyi haqqında müxtəlif media orqanları məlumatlar yayır. Borclar silinə bilərmi?

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Sonxeber.az-a açıqlama verib.

Aydın Hüseynov sözlərinə görə, hazırda demək olar ki, ölkəmizdə insanlarda kommunal xidmətlərə görə, borcların yaranması əvvəlki illərdən fərqli olaraq yüksək deyil.

“Yəni, vətəndaşların istifadə etdikləri, işıq, su və qaza görə, aylıq borclarının ödənilməsində ödəmə mədəniyyəti xeyli yaxşılaşıb. Doğrudur, bəzi abonentlər var ki, onların ödəməsində müəyyən səbəblərə görə, gecikmələr baş verir, borclar yaranır, ancaq bu, kütləvi deyil, ümumi abonentlərin cüzi bir hissəsini təşkil edir. Millət vəkili bildirib ki, kommunal xidmətlərdə xüsusi yer tutan təbii qazdan istifadə edən abonentlər üçün hər il il yanvarın 1-dən qaz limitləri sıfırlanır ki, əhalinin böyük bir hissəsinin illik tələbat norması olan 1200 kub.metrlik güzəştli limit təbiq olunur. Ümumiyyətlə, hər il 1,5 milyon abonentin qaz limitlərinin yenilənməsi prosesi aparılır ki, bunun özü də əhalinin sosial mənafeyinin nəzərə alınmasına xidmət edir.

A.Hüseynov qeyd edib ki, bu gün dövlət üçün ən birinci prioritet işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin sürətləndirilməsi, insanların öz doğma evlərinə geri qayıdışının daha da tezləşdirilməsidir:

“Ölkəmizin artan iqtisadi imkanları, büdcədə yaranan əlavə gəlirlər ilk növbədə bu sahəyə yönəldilir, digər istiqamətlərdə nəzərdə tutulan işlər də büdcədə müəyyən edilmiş xərc öhdəlikləri çərçivəsində tam icra olunur, həmin xərclərdə kommunal sahəyə dotasiyalar da yer alır. Yəni, hökumət dotasiya və subsidiyalarla kommunal xidmət tariflərinin aşağı həddə saxlanmasına çalışır. Ölkəmizin iqtisadi imkanları genişləndikcə mütamadi olaraq sosial tədbirlər həyata keçirilir”.

Daha çox xəbərlər