Hadisə 

Bakıda 34 yaşlı qadın dəm qazından boğularaq ölüb

Bakıda 34 yaşlı qadın dəm qazından boğulub.

APA xəbər verir ki, hadisə Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Elmira Aslanova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər