Gündəm 

Azərbaycanda etiket istehsalçısına bir milyon manat güzəştli kredit ayrılıb – FOTO

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondundan “Artpak” MMC-nin qablaşdırma və etiket istehsalının inkişafı layihəsi üçün bir milyon manat məbləğində güzəştli kredit ayrılıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Layihə üzrə illik 1 500 tondan çox məhsulun istehsalı nəzərdə tutulub”, – deyə nazir qeyd edib.

 

Daha çox xəbərlər