62 yaşlı kişi 3 gündür itkin düşüb – Bakıda

Həyat yoldaşı polisə müraciət edib

Bakıda 62 yaşlı kişi itkin düşüb.

Nəsimi rayon sakini Səyalı Qasımova rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək, əri, 1957-ci il təvəllüdlü Xanlar Qasımovun iyunun 19-da evdən çıxaraq naməlum istiqamətə getdiyini və geri qayıtmadığını bildirib.

Faktla bağlı araşdırma aparılır. (APA)