Süleyman İsmayılova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib

Prezident İlham Əliyev Süleyman İsmayılova “Əməkdar dövlət qulluqçusu” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

ARANTV.AZ azərtac-a istinadən bildirir ki, sərəncama görə, dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Süleyman Abbas oğlu İsmayılova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilir.