“Kədərli bölüm”ün uğuru
Xəbər verdiyimiz kimi, gənclərin sevimli müğənnisi Hiss bir neçə gün öncə “Kədərli bölüm” adlı mahnısını və ona çəkilən klipi təqdim edib. ARANTV.AZ xəbər verir ki, sənətçinin mahnısı “Spotify” rəqəmsal musiqi platforması istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Yerli yayım şirkəti Mikpro-dan aldığımız məlumatlarda da bu öz əksini tapıb. Hissin son hiti 4 gün ərzində 17 mindən çox “stream” alıb. Bu da onun son işinin dinləyicilər tərəfindən rəğbətlə qarşılandığını göstərir. Qeyd edək ki, “Kədərli bölüm” mahnısının musiqi prodüserliyini Jay Əliyev, söz və bəstəsini isə Əli Türkoğlu edib. Xatırladaq ki, Hiss bir müddət əvvəl “Spotify”da Azərbaycanlı ifaçılar arasında rekorda imza atan ilk qadın sənətçi olub.