Bakıda xarici vətəndaşın başına hosteldə oyun açdılar

Bakıda əcnəbi vətəndaş bıçaqlanıb.

ARANTV.AZ-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində yerləşən Hosteldə qeydə alınıb. Orada qalan, Şri-Lanka vətəndaşı, 1986-cı il təvəllüdlü Conara Mudiyanselage Damid Nalinda Ariyabasa bel nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.apa