İyunun 22-də saat 1 radələrində Xırdalan şəhəri ərazisində baş vermiş yol qəzasında ölən şəxsin kimliyi müəyyənləşib.
Balakən rayon sakini Fariz Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.
Faktla bağlı aparılan araşdırmalar nəticəsində məlum olub ki, ölən şəxs 1968-ci il təvəllüdlü Səlimov Tehran Zahid oğludur.
Araşdırmalar davam etdirilir.
publika.az
