Kriminal 

Ona restoranda qonaqlıq verən dostunu bıçaqladı

Qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Elxan Əliyev barəsində olan hökmdən apellyasiya şikayəti verib.
ARANTV.AZ  “Ölkə.Az”a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçiriləcək məhkəmə iclası iyul ayının 9-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən il Bakının Nəsimi rayonunda baş verib. 1994-cü il təvəllüdlü Türkiyə vətəndaşı Altürk Mazlum Bül-Bül prospektində yerləşən restoranda azərbaycanlı dostu E.Əliyevə qonaqlıq verdikdən sonra onunla mübahisə edib.

Nəticədə A.Mazlum dostu tərəfindən ürək nahiyəsindən bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.
Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan E.Əliyevin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellasiya şikayəti verib.

Daha çox xəbərlər