Tibb bacısı xəstə uşağı yatağa bağladı- uşağın yalvarışı ÜRƏK DAĞLADI – VİDEO
Xəstəxanada çəkilən bu görüntülər izləyənləri hiddətləndirib.
ARANTV.AZ xəbər verir ki, Rusiyada uşaq xəstəxanasında tibb bacısı xəstə uşağı yatağa bağlayıb.
Belə ki, xəstəxanada ürəyi sıxılan azyaşlı uşaq digər uşaqları da toplayaraq oynamağa başlayıb. Onların dəhlizdə qaçaraq dövrə vurmaları tibb bacısını özündən çıxarıb. O, uşağın qolundan tutaraq müayinə otağına aparıb və sarğı bezi ilə uşağı yatağa sarıyıb.
Bu sırada uşağın “etmə, etmə” deyərək yalvardığı görülür. Həmin anlar dəhlizdə gözləyən bir qadın tərəfindən videoya çəkilib. Qadın görüntüləri sosial şəbəkədə paylaşıb və video sürətlə yayılıb.
Görüntülərin etirazla qarşılanmasından sonra adı keçən xəstəxana Rusiya Səhiyyə Nazirliyi tərəfindən araşdırılmağa başlanılıb.
big.az

