Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

Su çərşənbəsi mif və reallığın əlamətlərini ayinlərdə yaşadır

By Vüsal Rafiqoğlu
27.02.2024 3 Min Read

Novruz bayramı sadəcə təbiətin oyanışı deyil, həm də bahar obrazlı mifik, poetik və fəlsəfi baxışların məcmusu kimi meydana çıxan mərasim kompleksidir. Novruz yaradılışla bağlıdır və bunun əsasında dörd ünsür dayanır – su, od, torpaq və hava. Bu dörd ünsür birləşib komponent təşkil edir, Novruzu belə demək olarsa, dünyaya gətirir. Yeni günün, yeni həyatın yaranması üçün bu dörd ünsürün olması əsas şərtdir. Novruzun ilk çərşənbəsi – Su çərşənbəsidir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsi mif və reallığın əlamətlərini ayinlərdə yaşadır. İnsan özünü təbiətin ayrılmaz parçası hesab etməklə su ilə bağlı ayinləri yerinə yetirir. Su üstündən adlamaqla, evinə zəmzəm suyu gətirməklə və s. şəklində Su çərşənbəsini bayram edir.

Bunu AZƏRTAC-a açıqlamasında AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi dosent Şakir Albalıyev deyib. O bildirib ki, dörd çərşənbənin hər birini tədqiqatçılar müvafiq olaraq təbiətdəki dörd yaradılış ünsüründən birinin adı ilə bağlayırlar. Bu haqda mərhum professor, görkəmli folklorşünas Azad Nəbiyev yazırdı ki, Əzəl çərşənbə suya tapınma inancı ilə başlayır. Hamı hələ gün doğmamışdan su üstünə gedər, təzə suda əl-üzünü yuyar, bir-birinin üzərinə su çiləyər, su üstündən atlanar, yaralıların yarasına su səpərdilər. İnanca görə “təzə su” – daha doğrusu, Əzəl çərşənbənin sübh tezdən köpüklənən ağ suyu dərdlərin dərmanı idi. Ehtimal ki, Xızırın dirilik çeşməsindən su içdiyi, Koroğlunun “Qoşa bulağı” tanıdığı gün də elə Əzəl çərşənbə günü olmuşdur. Əzəli inamlarda su sağlamlığın rəhni idi. Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını-bezarını ona verənlər ilboyu xəstəliklərdən uzaq olardılar. Elə həmin gün su üstündə bir sıra ayinlər icra edilərdi. Səsi batanlara, danışa bilməyənlərə bu sudan içirdərdilər. Bir çox xəstəliklər Su çərşənbəsində sağaldılardı. Su qırağında, bulaq başında, arx kənarında suyu çağıran, onun qüdrətini, böyüklüyünü, müqəddəsliyini tərənnüm edən nəğmələr oxunardı. Göründüyü kimi, ilk doğruçu çərşənbəni su stixiyası ilə bağlayan professor suyun yaradıcı gücü, şəfaverici xassələri ilə bağlı mifik inancları yada salır.

“Qış fəslinin içindən keçərək yaz fəslinə doğru – Bahar bayramına, Novruz bayramına doğru yaxınlaşırıq. Çillələr də, yəni ilaxır çərşənbələr də qış fəslində – qışın üçüncü ayı olan boz ayda bayram ab-havası ilə keçirilir. Hər çərşənbə öz atributu ilə – bir yaradıcı təbiət stixiyasını təmsil etməklə, həm də özlüyündə təbiətin müəyyən bir fəslini simvollaşdırır. Bu baxımdan düşündükdə Su çərşənbəsi həm də qışı işarələyir. Suyun donmuş halı kristallaşmış qar formasında, yaxud buz şəklində qış fəslində təzahür edir. Bu səbəbdən qışı dörd yaradıcı ünsürdən biri olan su stixiyasının fəaliyyətdən qaldığı, donduğu təbiətin ağır çilləli dövrü kimi xarakterizə etmək olar. Belə olan təqdirdə Su çərşənbəsinin ayinlərinin nəyə hesablandığı məsələsi düşündürücüdür”,- deyə alim əlavə edib.

Onun sözlərinə görə, insanlar Su çərşənbəsində donmuş suyun donunun açıldığını, suyun canına istilik düşdüyünü – suya can gəldiyini (suyun ölmüş halı sayılan qar və buz halından xilas olduğunu) bayram ab-havası ilə keçirərlər: “Eyni zamanda, Su çərşənbəsində insanların su üstünə, bulaq, çay başına axın etmələri, suyu bir-birinin üstünə səpmələri və s. bu kimi ayinlər həm də suyun ruhunu razı salmaq, qış fəslini təqlidi yolla əzizləmək, qış fəslinin soyuq donunu – buzunu yumşaltmaq, mülayimləşdirmək və s. kimi missiya daşıyır. Başqa sözlə, donuq, qar kimi, buz kimi soyuq (sulu) qış fəslindən xilas olub həyatverici bahar fəslinə doğru can atmağın ritual olaraq cəmiyyətdəki əks-sədasıdır Su çərşənbəsi! Əbəs deyildir ki, Su tanrısı Abana xoş getsin deyə nəğmələr də çağırıb-oxumuşlar. Bu ayinlərdə həm suyun mifik-magik təsir gücü, həm də real təsir gücü öz əksini tapıb. Bu, xalqımızın mifik dünyasında və gerçək təfəkküründə suyun təbii fakt olaraq nə qədər dərəcədə mühüm yer tutduğunun bir göstəricisidir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Erməni vandalizminin daha bir sübutu

Next

Novruz çərşənbələrində yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv