Cəmiyyət 

Fəzail Ağamalı: “Sabiq deputatların pensiyası artırılmalıdır”

Millət vəkili bir neçə partiyanın adından hökumətə və parlament rəhbərliyinə müraciət etdi

Milli Məclisin (MM) iyunun 27-də keçirilən iclasında 2019-cu ilin dövlət büdcəsi və Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələrinin birinci oxunuşlarda müzakirəsi başlayıb.

ARANTV.AZ-ın xəbərinə görə, biriincü məsələ barədə MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin, ikinci məsələ barədə Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin məlumatları dinlənilib.

Z.Səmədzadə kölgə iqtisadiyyatının getdikcə aradan qaldırıldığını, bununla şəffaflığın təmin olunduğunu və büdcəyə daxil olan vəsaitlərin daha çoxluq təşkil etdiyini deyib.

H. Rəcəbli isə qeyd edib ki, son dəyişikliklər birbaşa əhalinin sosial müdafiəsinin gücləndirilməsini nəzərdə tutur:

“Son günlər atılan addımlar göz önündədir. Bunlar inqilabi addımlardır. Hamısı birbaşa əhalinin sosial vəziyyətinin yaxşlışdırılmasına yönəlib”.

Müzakirələr zamanı millət vəkili Tahir Kərimli bir neçə partiyanın adından hökumətə və parlament rəhbərliyinə müraciət edib.

Qeyd edib ki, qarşıdan növbəti bələdiyyə seçkiləri gəlir, ona görə partiyaların gücləndirilməsi, onlara ayrılan dövlət vəsaitinin artırılması lazımdır.

Millət vəkili həmçinin, ölkədə proporsional seçki sisteminə qayıdış məsələsinin gündəmə gətirilməsinin vacibliyini söyləyib.

Millət vəkili Fəzail Ağamalı təqaüd-pensiya yaşında olan keçmiş deputat həmkarlarının ona məktubla müraciət etdiklərini bildirib:

“Onlar mənə məktubla müraciət edərək, təqaüdlərinin, pensiyalarının artırılmasını, son artımların onlara da şamil olunmasını istəyirlər. Hesab edirəm ki, onların müraciətlərinə baxmaq lazımdır”.Sonxeber.az

Daha çox xəbərlər