Bakıda bazarlarda 200-250 manata olan meyvələr: Sağlamlığa ZİYANDIRMI? – VİDEO
Bazarlarda çiyələk, gilas və digər bu kimi qeyri-mövsümi meyvələrin qiymətləri xeyli yüksəkdir.
Xezerxeber.az-ın məlumatına görə, kiloqramı 200-250 manata olan meyvələrin alıcısı da kifayət qədərdir.
Bəs bu meyvələrin insan orqanizmi üçün hansısa zərərləri ola bilərmi?
Satıcıların sözlərinə görə, mövsümi olmayan çiyələk, alça, gilas, qarpız kimi meyvələr baha olsa belə, kifayət qədər alıcısı var.
Qida mütəxəssisləri isə qeyd edirlər ki, qeyri-mövsümi meyvələr süni yolla yetişdirilir. Bu da insan sağlamlığı üçün zərərlidir.
Satıcılar bildirirlər ki, bu meyvələr ölkəyə Türkiyə, İran, İraq, Avstraliya və Yeni Zelandiyadan idxal olunur.
Ətraflı süjetdə: