Azərbaycanda onlayn alış-veriş ənənəvi alış-verişi sıradan çıxara bilər?
Son illər Azərbaycanda onlayn alış-veriş geniş yayılıb. Onlayn alış-veriş ənənəvi alış-verişi ən azından geyim sahəsində tam üstələyib sıradan çıxara bilərmi?
Mövzu ilə bağlı BiG.AZ-a danışan iqtisadçı Emin Qəribli bildirib ki, yeni texnologiyaların inkişaf etdiyi ölkələrdə ənənəvi ticarət geridə qalıb.Artıq ticarət mərkəzlərinə ehtiyac qalmır. Gələcəkdə Azərbaycanda da belə ola bilər:
“Biz görürük ki, istər ölkə daxili, istər ölkələr arası onlayn ticarətin həcmi durmadan artır. Xüsusilə yeni texnologiyaların inkişaf etdiyi ölkələrdə ənənəvi ticarət geridə qalıb. Çox hallarda nəinki paltar mağazaları, artıq marketlər, “mall”lar bağlanır ki, onlara ehtiyac yoxdur.ABŞ- yə diqqət yetirsək, görərik ki, “mall”lar bağlanmağa başlayır. Onlayn ticarətin həcmi elə artır ki, ticarət mərkəzlərinə tələbat azalır. Ancaq paltar alış-verişində deyil, marketlərdə də dəyişiklik baş verir. İnsanlar iş yerində olarkən istənilən uzaq marketdəki məhsulun ödənişini edib evinə çatdırıla bilər və ya lazımi zənbil dolur, yolüstü keçəndə ödəniş edərək götürə bilər. Bu artıq Avropada geniş vüsət alıb və inanıram ki, gələcəkdə bizdə də bu ticarət genişlənəcək. Yaxın illərdə ənəvi dükanların sayı azalacaq, elektron ticarətə üstünlük veriləcək”.

