Cəmiyyət 

Duzu azaltsaq, bədənimizdə hansı dəyişikliklər olacaq?

Dadlı yeməklər bişirmək üçün mətbəxin ən vacib tərkib hissəsi duzdur.

Harvard Universitetinin araşdırmasına görə, çox duz istehlak etmək müxtəlif sağlamlıq risklərinə səbəb ola bilər.

Mütəxəssislər bildirib ki, orqanizmdən duzu tamamilə çıxartmaq olmaz. Əksinə, onu az, miqdarında istifadə etmək lazımdır. İstehlak edilən duzun miqdarı hipertoniya ilə sıx bağlıdır. Çoxlu duz istehlak etdiyiniz zaman orqanizminiz daha çox su saxlayacaq. Bu, qan dövranı sisteminə əhəmiyyətli şəkildə təzyiq göstərəcək və qan təzyiqini artıracaq. Duzdan az istifadə etsəniz, qan təzyiqiniz azalacaq.

Duzdan çox istifadə böyrək daşı yaradır. Duz həm də, ürək xəstəlikləri, iflic riskini və baş ağrılarını çoxaldır.

Gündəlik duz istifadəsini 1 200 milliqrama endirmək ürək xəstəlikləri riskini azaldır. 1 500 milliqrama endirmək isə şişkinlikləri azaldacaq.

Daha çox xəbərlər