Hadisə 

Dəhşətli qəza – Ölən və yaralananlar var

Sabirabadda ağır yol qəzası olub.

ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Horadiz yolunun rayonun Qaratəpə kəndi ərazisindən keçən hissəsində baş verib.

“VAZ-2107” markalı avtomobillə “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində Bakının Səbail rayon sakini İbadov Sücəddin Alış oğlu hadisə yerində ölüb.

Ailənin digər üzvləri, 1981-ci il təvəllüdlü İbadova Vəsilə Sabir qızı və 1973-cü il təvəllüdlü İbadov Samir Sücəddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər