Cəmiyyət 

Cənub bölgəsində satılan balıqların qiyməti ARTDI – VİDEO

Növbənöv balıqlar piştaxtaları bəzəyir. Məhsul bol, alıcı çox, qiymət də yüksək.

Xezerxeber.az-ın məlumatına görə, cənub bölgəsində bayram süfrəsinin əsas nemətlərindən olan balığın qiyməti artıb.

Alıcılar bildiriblər ki, mart ayının ilk günlərindən qiymətlərdə artım müşahidə olunur.

Satıcılar isə qeyd ediblər ki, qiymətlər balığın çeşidlərinə görə dəyişir.

Piştaxtalarda satılan balıqların kiloqramı iki manatdan başlayır. Ən bahalı balığın qiyməti isə 30 manatdır. Əsasən çərşənbənin rəmzinə çevrilmiş kütüm balığının qiymətində artım var.

Ətraflı süjetdə:

Daha çox xəbərlər