Qəzaya düşən 14 yaşlı Ruzi 20 gün sonra komadan oyandı – FOTO
Şamaxı rayonunun Sabir qəsəbə sakini, avtomobil qəzası zamanı ağır kəllə-beyin travması alan və 20 gün komada qalan 14 yaşlı Ruzi Həmidov müalicədən sonra yenidən həyata qayıdıb.
ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, Ruzi Həmidov may ayının 2-də Şamaxıda baş vermiş avtomobil qəzası nəticəsində ağır kəllə-beyin travması almışdı. İlkin olaraq Bakı şəhərində xəstəxanaya yerləşdirilən yeniyetmə daha sonra müalicə və reabilitasiya kursunun davamı üçün Turkiyəyə aparılmışdı.
Həkimlər Ruzi Həmidovun 2 aylıq əməliyyat və müalicəsinin uğurla başa çatdığını bildirir. Artıq Azərbaycana qayıdan Ruzi bundan sonra reabilitasiya dovründə müəyyən fizioterapiya və digər bərpaedici kursu qəbul edəcək.

