Hadisə 

DƏHŞƏT: 3 nəfər bu səbəbdən ÖLDÜ

İyulun sonuncu günündə Azərbaycanda 3 nəfər yol-nəqliyyat hadisələri nəticəsində vəfat edib.

İyulun 30-da saat 12 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini X.Həsənovun idarə etdiyi “Mercedes” və Daşkəsən rayon sakini Ə.Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə Ə.Əliyevin sərnişini, Gəncə şəhər sakini Nazim İsmayılov xəstəxanaya yerləşdirilmiş və iyulun 31-də orada ölüb. Bundan başqa iyulun 30-da saat 19 radələrində Neftçala şəhərində Bankə qəsəbə sakini R.Hüseynov idarə etdiyi “Dnepr” markalı motosikleti daş hasara vurub. Xəstəxanaya yerləşdirilmiş R.Hüseynov iyulun 31-də vəfat edib.

Digər ölüm hadisəsi də Gəncədə qeydə alınıb. İyulun 31-də saat 21 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini O.Haqverdiyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Sevda Bədəlovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Hər bir faktla bağlı araşdırma aparılır. (publika)

Daha çox xəbərlər