Sumqayıtda ağacın budaqlarının sınması 10 yaşlı qızı xəstəxanalıq edib.
ARANTV.AZ xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayon ərazisində qeydə alınıb.
Səhiyyə Nazirliyindən saytımıza verilən məlumata görə, azyaşlı dərhal Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması və gicgah nahiyəsindən beyin əsasına keçən sınıq diaqnozu qoyulub.
“Hazırda reanimasiya şöbəsində müalicəsi davam edir, huşu aydındır. Vəziyyəti orta-ağırlıqdadır”, – deyə nazirlikdən qeyd olunub.oxu.az
