Şou biznes 

Faiq Ağayevə həkimindən SƏRT QADAĞA

Xalq artisti Faiq Ağayev bütov toylara getməkdən müvəqqəti olaraq imtina edib.

Bu barədə sənətçinin köməkçisi Cabir Əliyev məlumat verib.

O bildirib ki, bu qərarı meqastar irimiqyaslı konsert layihəsinə hazırlaşdığına görə verib.

“Həkim məsləhəti ilə səsin qorunması üçün konsert bitən müddətə kimi Xalq artisti toy məclislərində yalnız yarımsaatlıq çıxışlarla iştirak edəcək”, – Cabir Əliyev qeyd edib.

Qeyd edək ki, Faiq Ağayev özəl məclislərdə və toylarda yarımsaatlıq çıxış üçün yeni, xüsusi şou hazırlayıb. Sənətçi 12 nəfərlik heyətlə – rəqs qrupları və musiqiçilərlə birlikdə səhnə alır. (olay)

Daha çox xəbərlər