Azərbaycanda yüksək vəzifəli xanım işdən AZAD EDİLDİ – YENİ TƏYİNAT

Cəlilabad rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Dürdanə Əliyeva vəzifəsindən azad edilib.

ARANTV.AZ  xəbər verir ki, xəbər verir ki, bununla bağlı icra başçısı Namiq Zeynalov müvafiq əmr imzalayıb.

Başçının digər əmri ilə bu vəzifəyə Elnarə Həsənova təyin olunub.

E.Həsənova Sonxeber.az-a yeni təyinatını təsdiq edib:

“Doğrudur, Dürdanə xanım tutuduğu vəzifədən azad edilib. Başçının əmri ilə bu vəzifəyə mən təyin olundum”.

Qeyd edək ki, E.Həsənova bu təyinata qədər Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi vəzifəsində çalışıb.Sonxeber.az