Bakıda hava limanında dava: 1 nəfər döyüldü

Heydər Əliyev Beynəlxalq Hava Limanında döyülmə faktı qeydə alınıb.

ARANTV.AZ apa-ya istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü Mikayılov Arslan Eldar oğlu taksi sürücüsü ilə mübahisə zamanı döyülüb.

Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.