Hadisə 

Qəbələdə avtomobil yoldan çıxaraq ağaca çırpılıb

Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisində  “Hyundai” markalı avtomobilin sürücüsü Vüqar Məmmədşahovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

ARANTV.AZ-ın məlumatına görə, nəticədə sürücü aldığı xəsarətlərdən ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.

Daha çox xəbərlər