Sumqayıtda avtobus sürücüsü sükan arxasında öldü

Sumqayıtda avtobus sürücüsü sükan arxasında ölüb. 

ARANTV.AZ  qafqazinfo-ya bu barədə məlumatı sərnişinlər verib. Bildirilib ki, hadisə 3 nömrəli marşrut avtobusunda baş verib. Belə ki, Sumqayıt şəhəri, H. Z. Tağıyev qəsəbəsi istiqamətində hərəkət edən avtobusun sürücüsünün sükan arxasında vəziyyəti pisləşib.

İnfarkt keçirən sürücü dünyasını dəyişib.