Ucar rayonunun Qarabörk kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi, 1982-ci il təvəllüdlü Pərviz Nurməmməd oğlu Tağıyev vəfat edib.
ARANTV.AZ apa-ya istinadla xəbər verir ki, o, Bakı şəhərində fəaliyyət göstərən sanatoriyalardan birində qəfildən dünyasını dəyişib.
Məlumata görə, P. Tağıyev hər hansı xəstəlikdən şikayət etməyən və sağlam bir insan olub.
